...

Günəşdə ciddi dəyişikliklər qeydə alınır

Dünya xəbərləri Materials 28 Avqust 2018 20:40 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

ABŞ-ın Ohayo Universitetinin astronomları son vaxtlar Günəşin normadan daha artıq qamma-şüa buraxdığını aşkarlayıblar.

Trend-in məlumatına görə, alimlər bu prosesi maqnit sahələri ilə əlaqələndirsələr də, ancaq buna tam əmin olmadıqlarını bildiriblər.

Tədqiqatçıların müşahidəsinə əsasən 10 il ərzində Günəş ən az qamma-şüanı 2008-2009-cu illərdə yayıb, ən aktiv vaxt iə 2013-cü ildə olub.

Astronomlar belə nəticəyə gəliblər ki, hazırda Günəş normadan daha artıq, 50 milyard elektrovolt işıq saçır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti