...

Kaliforniyada yeni meşə yanğını başlayıb

Dünya xəbərləri Materials 6 Sentyabr 2018 14:33 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatında yeni meşə yanğını başlayıb
Kaliforniyada yeni meşə yanğını başlayıb

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında yeni meşə yanğını başlayıb.

Trend-in məlumatına görə, Reddinq şəhərindən şimalda başlayan yanğın 2 min hektar ərazini əhatə edir.

Yanğını söndürülməsi üçün 600-dən artıq yanğınsöndürən bölgəyə göndərilib. Hadisə ilə əlaqədar avtomobil magistralının bir hissəsi bağlanıb.

Bir neçə yaşayış məntəqəsində təxliyə işləri aparılıb, məktəblərdə dərslər dayandırılıb.

İlkin ehtimallara görə, yanğına insan fəaliyyəti səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti