...

Moldova parlamenti təxliyə olundu - Bomba xəbərdarlığı

Dünya xəbərləri Materials 20 Sentyabr 2018 16:59 (UTC +04:00)
Moldova parlamentinin əməkdaşları binaya bomba qoyulması barədə anonim zəngdən sonra təxliyə ediliblər.
Moldova parlamenti təxliyə olundu - Bomba xəbərdarlığı

Bakı. Trend:

Moldova parlamentinin əməkdaşları binaya bomba qoyulması barədə anonim zəngdən sonra təxliyə ediliblər.

Trend-in məlumatına görə, hazırda binanın ətrafının polislər tərəfindən mühasirəyə alındığı və içəridə minaxtaranların araşdırma apardığı bildirilir.

Qeyd edilir ki, bü gün üçün plenar iclas olmadığı üçün binada yalnız parlamentin əməkdaşları olub.

Oxşar hadisənin artıq Kişinyovda bir neçə dəfə təkrar olunduğu və bütün hallarda anonim zənglərdən sonra heç bir partladıcı aşkar edilmədiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti