Bakı. Trend:
Türkiyə-Almaniya münasibətlərində mürəkkəb dövr geridə qalıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz “Twitter” səhifəsində yazıb.
O bildirib ki, Almaniya ilə Türkiyə arasında bir sıra məsələlərdə mövqeləri eynidir:
“Əminəm ki, mənim Almaniyaya səfərim iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək. Ölkələrimiz arasında mürəkkəb münasibətlər geridə qalıb”.
Xatırladaq ki, iki ölkə arasında münasibətlər 2016-cı ilin iyulunda Türkiyədə baş vermiş çevriliş cəhdindən sonra gərginləşmişdi. Almaniya həmin müddətdə Türkiyədə həyata keçirilən kütləvi həbsləri kəskin tənqid etmişdi.