Bakı. Trend:
Perunun Çançamayo əyalətində avtobus 100 metr hündürlükdən dərəyə aşıb.
Trend-in məlumatına görə, baş verən hadisə nəticəsində azı 8 nəfər həlak olub, 50 nəfər isə müxtəlif xəsarətlər alıb.
Yerli polisin məlumatına əsasən, "Tourism Central" turizm şirkətinə məxsus avtobus qarşıdan gələn yük maşını ilə toqquşub və sonra dərədən aşaraq Tarma çayına düşüb.
Bildirilir ki, həlak olanların sayı arta bilər. Xəsarət alanlar La Mersed xəstəxanasına yerləşdirilib.