...

Əfqanıstanda toyda partlayış törədilib - 6 ölü

Dünya xəbərləri Materials 13 Oktyabr 2018 14:47 (UTC +04:00)
Əfqanıstanın şərqindəki Loqar əyalətində toy mərasimi zamanı partlayış törədilib
Əfqanıstanda toyda partlayış törədilib - 6 ölü

Bakı. Trend:

Əfqanıstanın şərqindəki Loqar əyalətində toy mərasimi zamanı partlayış törədilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 6 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.

Qeyd olunur ki, partlayıcı qurğu musiqiçilərin oturduğu səhnənin altında quraşdırılıb.

Polisin ilkin ehtimalına əsasən, hadisəyə qan düşmənçiliyi səbəb olub.

Partlayışın təfərrüatları ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti