Bakı. Trend:
Yaponiyada texniki nasazlıq səbəbindən helikopter 600 kiloqram maye betonu meşəliyin üstünə töküb.
Trend-in NHK telekanalına istinadən verdiyi məlumata əsasən, hadisə Koti prefekturasında, ölkənin cənub-qərb adası Sikokuda baş verib.
Qeyd olunur ki, hadisə nəticəsində xəsarət alan və yaxud dəyən zərər barədə məlumat verilmir.