Bakı. Trend:
"Japan Airlines" aviaşirkətinin pilotlarından biri London-Tokio maşrutu ilə uçuşdan kənarlaşdırılıb.
Trend-in "Kyodo" agentliyinə istinadən verdiyi məlumata əsasən, buna səbəb pilotun sərxoş olması olub.
Qeyd olunur ki, bu səbəbdən şirkətin təyyarəsi Londondan Tokioya yalnız iki pilotla uçuşu həyata keçirib, halbuki, onların sayı üç olmalıdır, bu da öz növbəsində uzun məsafəli uçuşlar zamanı pilotların istirahəti üçün kifayət qədər vaxtın olmasını təmin edir.
Eyni zamanda, yapon şirkəti qayda pozuntusuna yol verməyib, çünki ölkədə qaydalar uçuş vaxtının 12 saatdan çox olduğu halda göyərtədə üç pilotun olmasını tələb edir, Londondan Tokioya uçuş isə 11 saat 45 dəqiqə çəkir.