...

Poroşenko Antalyada Ukraynanın konsulluğunu açıb

Dünya xəbərləri Materials 5 Noyabr 2018 06:23 (UTC +04:00)
Ukrayna prezidenti Petro Poroşenko Türkiyənin Antalya şəhərində öz ölkəsinin konsulluğunu açıb
Poroşenko Antalyada Ukraynanın konsulluğunu açıb

Bakı. Trend:

Ukrayna prezidenti Petro Poroşenko Türkiyənin Antalya şəhərində öz ölkəsinin konsulluğunu açıb.

Trend-in məlumatına görə, açılış mərasimində çıxış edən Ukrayna prezidenti bildirib ki, bu il Türkiyəyə 1,2 milyondan artıq ukraynalı səfər edib: "Onlardan azı 800 mini məhz Antalyada olub. 30 mindən çox ukraynalı - yerli Ukrayna icmasıdır. Antalyada olan hər bir ukraynalı dövlətin qayğısını hiss etməlidir".

P.Poroşenko qeyd edib ki, insanlar Antalyaya yalnız istirahət etmək üçün gəlmir, bu şəhərdə çox sayda beynəlxalq sammitlər keçirilir: "Mən ümid edirəm ki, Ukraynanın Antalyada konsulluğunun olması bizim diplomatlarımıza bu proseslərdə fəal iştirak etməyə imkan verəcək".

Açılış mərasimi zamanı P.Poroşenko Ukrayna diasporu ilə görüşüb.

Qeyd edəkk ki, Ukrayna perzidenti 3-4 noyabr tarixlərində Türkiyədə rəsmi səfərdədir. Noyabrın 3-ü P.Poroşenko Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti