...

Rusiyada təyyarə məcburi eniş etdi - Siqaret çəkən şəxsə görə

Dünya xəbərləri Materials 7 Noyabr 2018 19:22 (UTC +04:00)
Rusiyada Maqas şəhərindən Moskvaya uçan təyyarə məcburi eniş etməli olub
Rusiyada təyyarə məcburi eniş etdi - Siqaret çəkən şəxsə görə

Bakı. Trend:

Rusiyada Maqas şəhərindən Moskvaya uçan təyyarə məcburi eniş etməli olub.

Trend-in məlumatına görə, hadisəyə səbəb göyərtədə sərnişinin siqaret çəkməsi olub.

“Pobeda” aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan sonra sərnişinlərdən biri siqaret çəkməyə başlayıb. Nəticədə pilot təyyarəni Volqoqradda endirmək qərarı alıb.

Qaydanı pozan şəxs polis tərəfindən saxlanıldıqdan sonra təyyarə Moskvaya yolunu davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti