...

Turizmdən ən çox asılı olan şəhərin adı açıqlanıb

Dünya xəbərləri Materials 13 Noyabr 2018 03:17 (UTC +04:00)

Bakı. Trend:

Meksikanın Kankun şəhəri turizmdən ən çox asılı olan şəhər seçilib.

Trend-in Turizm və Səyahətlər üzrə Ümumdünya Şurasının ("WTTC") yaydığı məlumata istinadən v erdiyi xəbərə görə, Kankun şəhərinin turizmdən gəliri ÜDM-nin 49,6 faizini təşkil edir.

Qeyd edək ki, Kankun 1972-ci ilə qədər adi kənd olub və sonra şəhəri məşhur kurorta çeviriblər. Şəhərə gedən turistlərin 63 faizi ABŞ vətəndaşlarıdır.

"WTTC"nin siyasında 2-ci yerdə Mərakeş şəhəri qərarlaşıb. Bu şəhərin turizmdən gəliri ÜDM-nin 30,2 faizini təşkil edir. Mərakeşə gələn turistlərin təxminən 33 faizi Fransa vətəndaşlarıdır.

Reytinqin 3-cü pilləsində Makao qərarlaşıb. Makaonun turizmdən gəliri ÜDM-nin 29,3 faizini təşkil edir.

İlk onluğa həmçinin ABŞ-ın Orlando şəhəri (ÜDM-nin 18,7 faizi), Türkiyənin Antalya şəhəri (ÜDM-nin 17,6 faizi), Venesiya, Dubrovnik, Dubay, Las-Veqas və Banqkok daxil olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti