...

İdmançıların avtobusu aşdı: 16 yaralı

Dünya xəbərləri Materials 15 Noyabr 2018 10:22 (UTC +04:00)
İranın Fars vilayətində qadın karateçiləri aparan avtobusun aşması nəticəsində 16 nəfər yaralanıb.
İdmançıların avtobusu aşdı: 16 yaralı

Bakı. Elnur Bağışov - Trend:

İranın Fars vilayətində qadın karateçiləri aparan avtobusun aşması nəticəsində 16 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bunu İranın Fars vilayəti Tibbi Hadisələr və Halların idarə edilməsi idarəsinin direktoru Məhəmməd Cavad Muradian deyib.

Onun sözlərinə görə, hadisə ötən gecə Fars vilayətinin Xürrəmbid rayonu ərazisində baş verib.

İdmançıların İranın yığma komandasının seçmə turunda iştirak etmək üçün Tehran istiqamətində hərəkət edərkən qəzaya uğradığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti