Bakı. Trend:
Səudiyyə Ərəbistanında aramsız leysan yağışları nəticəsində yaranmış daşqınlar böyük dağıntı və insan itkisinə səbəb olub. Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.
Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsi bildirib ki, insan tələfatı krallığın 10 regionunda qeydə alınb. Daha çox insan - 11 nəfər Məkkədə həlak olub.
Həmçinin yağışdan ziyan çəkmiş regionlardan 4 mindən çox sakinin təxliyə edildiyi bildirilir.
Birləşmiş Ərəb Əmirlikləri, Qətərdə də güclü siklon müşahidə edildiyi qeyd olunur.