...

Evlilik təklifi etmək istədi, üzük kanalizasiyaya düşdü (VİDEO)

Dünya xəbərləri Materials 2 Dekabr 2018 19:12 (UTC +04:00)
Nyu-York polisi nişan üzüyünü kanalizasiyaya salmış kişini axtarır.
Evlilik təklifi etmək istədi, üzük kanalizasiyaya düşdü (VİDEO)

Bakı. Trend:

Nyu-York polisi nişan üzüyünü kanalizasiyaya salmış kişini axtarır.

Trend-in məlumatına görə, bu barədə Nyu-York Polis Departamentinin "Tvitter" səhifəsində bildirilir.

Qeyd olunur ki, Manhettenin mərkəzi Taymz Skverdə evlilik təklifi edən kişinin əlindən kanalizasiyaya düşən üzük tapılıb: "O (gəlin) "hə!" dedi, lakin kişi o qədər həyəcanlı idi ki, üzüyü kanalizasiyaya saldı".

Polis Departamenti bildirib ki, üzüyü sahibinə qaytarmaq istəyir. Qurumun "Tvitter" səhifəsində həmçinin üzüyün fotosu və həmin anın video görüntüsü yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti