Bakı. Trend:
Yeni Kaledoniya sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episetnri Tadine yaşayış məntəqəsindən 200 kilometr cənub-şərqdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.