Bakı. Trend:
Polşanın paytaxtı Varşava yaxınlığında "sarı jilet" geymiş fermerlər avtomobil yolunu bağlayıb.
Trend-in məlumatına görə, fermerlər Afrika taunu ilə əlaqədar məhv edilən donuzlara görə təzminat verilməsini istəyir.
Aksiya ilə əlaqədar avtomobil yolunda 5 kilometrlik tıxac yaranıb.
Xatırladaq ki, Fransada bir aya yaxındır ki, “sarı jiletlər”in etiraz aksiyaları davam edir.