Bakı. Trend:
Marsel metropolitenində qatar relsdən çıxıb. Trend-in məlumatına görə, insident nəticəsində 14 sərnişin xəsarət alıb.
Qəza səhər saatlarında qatar "Sent-Marqerit-Dromel" satnsiyasından hərəkət edərkən baş verib.
Qəzanın metrostansiyada kontakt sistemində nasazlıq yarandığı üçün baş verdiyi bildirilib.
Qəzadan dərhal sonra digər sərnişinlərin təxliyəsi aparılıb.