...

Taylandda çimərlikdə partlayış olub - TERROR?

Dünya xəbərləri Materials 27 Dekabr 2018 16:47 (UTC +04:00)
Taylandın məşhur Samila çimərliyində partlayış baş verib.
Taylandda çimərlikdə partlayış olub - TERROR?

Bakı. Trend:

Taylandın məşhur Samila çimərliyində partlayış baş verib. Trend-in məlumatına görə, iki bombanın partlaması barədə məlumatı polis təsdiqləyib.

Bildirilir ki, bombalar ardıcıl olaraq çimərlik ərazisində partladılıb. Hadisə axşam saatlarında olduğu üçün xəsarət alan olmayıb.

Partlayışdan sonra çimərliyin ərazisi mühasirəyə alınıb, minaaxtaranlar cəlb edilib. Partlamamış daha 3 bomba aşkar edilərək zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti