Bakı. Trend:
Burkina-Faso höküməti baş nazir Pol Kaba Tiyebanın rəhbərliyi altında istefaya gedib.
Trend-in məlumatına görə, ölkə prezidenti Rok Mark Kristian Kabore baş nazirin və kabinetin üzvlərinin istefasını qəbul edib. Hökümətin istefaya getmə səbəbi barədə məlumat verilmir.
"Reuters" agentliyinin məlumatına əsasən, yeni hökümət yaxın zamanda formalaşdırılacaq.