...

Kerç boğazında baş verən yanğın zamanı Türkiyənin dörd vətəndaşı ölüb

Dünya xəbərləri Materials 23 Yanvar 2019 05:56 (UTC +04:00)
Kerç boğazında baş verən yanğın zamanı Türkiyənin dörd vətəndaşı ölüb
Kerç boğazında  baş verən yanğın zamanı Türkiyənin dörd vətəndaşı ölüb

Bakı. Tural Turan - Trend:

Kerç boğazında baş verən yanğın zamanı Türkiyənin dörd vətəndaşı ölüb. Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Hadisə zamanı 16 nəfər Türkiyə vətəndaşından 8 nəfəri xilas edilib, daha 4 nəfər itkin düşüb.

Xatırladaq ki, Tanzaniya bayrağı altına üzən "Kandi" və "Maestro"gəmilərində yanğın baş verib. İlkin məlumata görə, hadisə yanacağın gəmilərin birindən digərinə ötürülməsi zamanı baş verib.

Hadisə zamanı hər iki gəmidə cəmi 32 nəfər olub. Onlardan 10-u ölüb, 10-u itkin düşüb, 12 nəfər isə xilas edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti