...

Yaponiyada 2 milyondan çox adam qripə yoluxub

Dünya xəbərləri Materials 1 Fevral 2019 16:34 (UTC +04:00)
Yaponiyada 2,2 milyon nəfər qripə yoluxub
Yaponiyada 2 milyondan çox adam qripə yoluxub

Bakı. Trend:

Yaponiyada 2,2 milyon nəfər qripə yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyinin hesabatında deyilir.

Qeyd olunur ki, yanvarın 21-dən 27-dək hər tibb müəssisəsinə 60-a yaxın xəstə müraciət edib.

Bu, 1999-cu ildən bəri rekord göstərici hesab olunur.

Qriplə bağlı ölüm hallarının olub-olmaması haqqında məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti