...

Qəddafinin oğlu həbsxanadan danışdı

Dünya xəbərləri Materials 4 Fevral 2019 11:52 (UTC +04:00)
Liviyanın keçmiş rəhbəri Müəmmər Qəddafinin Livan həbsxanasında saxlanılan oğlu Hannibal Qəddafi saxlanma şərtlərindən danışıb
Qəddafinin oğlu həbsxanadan danışdı

Bakı. Trend:

Liviyanın keçmiş rəhbəri Müəmmər Qəddafinin Livan həbsxanasında saxlanılan oğlu Hannibal Qəddafi saxlanma şərtlərindən danışıb.

Trend-in məlumatına görə, RİA Novosti agentliyinə müsahibə verən H.Qəddafi sağlamlığından şikayət edib.

O, belində və sinəsində ağrıların olduğunu bildirib və BMT-dən onun üçün həkim briqadasının göndərilməsini istəyib.

Müəmmər Qəddafinin oğlu onu ziyarət etməyə gələnlərin də həbsxanaya buraxılmadığını deyib.

Qeyd edək ki, Hannibal Qəddafi 2015-ci ildə Livanda həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti