Bakı. Trend:
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampla görüşündə nüvəsizləşdirmənin həyata keçirilməsinə hazır olduğunu növbəti dəfə təsdiq edib.
Trend-in məlumatına görə, amerikalı jurnalistin müvafiq sualına cavabında Şimali Koreya rəhbəri bildirib: "Əgər hazır olmasaydım, burada olmazdım".
Bundan sonra K.Ç.In gülümsəyib, Trampın reaksiyası isə belə olub: "Yəqin ki, bu, indiyə qədər eşitdiyiniz ən yaxşı cavabdır".
Digər jurnalistin "KXDR lideri bunun üçün konkret addımlar atmağa hazırdırmı?" sualına isə K.Ç.In "Biz elə indi bunu müzakirə edirik", - deyə cavab verib.