...

Parisdə "sarı jiletlər"in aksiyasında 15 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 9 Mart 2019 23:08 (UTC +04:00)
Fransanın paytaxtı Parisdə "sarı jiletlər" hərəkatının etiraz aksiyaları davam edir
Parisdə "sarı jiletlər"in aksiyasında 15 nəfər saxlanılıb

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə "sarı jiletlər" hərəkatının etiraz aksiyaları davam edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu gün etiraz aksiyaları zamanı Parisdə 15 nəfər saxlanılıb. Daha əvvəl 12 nəfərin saxlanıldığı bildirilirdi.

Bildirilir ki, hazırda polis əməkdaşları və etirazçılar arasında qarşıdurmalar Yelisey çöllərində baş verir. Qarşıdurmalar "sarı jiletlərin" aksiyalarının rəsmi olaraq yekunlaşmasından yarım saat sonra başlayıb.

Qeyd edilir ki, paytaxtda etiraz aksiyalarında 2,8 min insan iştirak edib, ötən həftə isə aksiyalarda 1,3 min insan iştirak etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti