Bakı. Trend:
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauert vəzifəsini tərk edib.
Trend-in məlumatına görə, Nauert bundan sonra 1946-cı ildə senator Ceyms Uilyam Fulbrayt tərəfindən təsis edilən "Fulbrayt" təhsil proqramında çalışacaq.
Öz növbəsində, ABŞ dövlət katibi Mayk Pompeo özünün "Tvitter" hesabında Nauertə qüsursuz və bənzərsiz 2 iş ilinə görə təşəkkürünü bildirib.