Bakı. Trend:
Şimali Makedoniyada "Cesna" markalı yüngül motorlu təyyarə qəzaya uğrayıb.
Trend-in məlumatına görə, göyərtəsində 2 uşağı ilə bolqar ailəsi olan təyyarə dağlıq ərazidə düşüb.
Ehtimal olunur ki, qəza əlverişsiz hava şəraiti ilə əlaqədar baş verib. Qəza yeri paytaxt Skopyedən 35 kilometr aralıda yerləşib.
Bolqarıstan XİN bildirib ki, təyyarə Oxriddən Sofiyaya uçuş həyata keçirirdi. Ölənlər barədə rəsmi məlumat yoxdur.