...

Əlcəzairdə yenə nümayişlər var - Yeni prezidenti də istəmirlər

Dünya xəbərləri Materials 9 Aprel 2019 15:44 (UTC +04:00)
Əlcəzair paytaxtında kütləvi etiraz aksiyası keçirilir.
Əlcəzairdə yenə nümayişlər var - Yeni prezidenti də istəmirlər

Bakı. Trend:

Əlcəzair paytaxtında kütləvi etiraz aksiyası keçirilir.

Trend-in məlumatına görə, aksiya iştirakçıları parlamentin Yuxarı Palatasının spikeri Əbdülqadir Bensalehin müvəqqəti prezident təyin edilməsinə etiraz edirlər.

Parlamentdə əksər deputatların da onun namizədliyinə qarşı olduğu deyilir.

Qeyd edək ki, Əlcəzairin bundan öncəki prezidenti Əbdüləziz Buteflika etirazlar nəticəsində istefa edərək vəzifədən gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti