Bakı. Trend:
Əlcəzairdə iyulun 4-ü prezident seçkiləri keçiriləcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə qərarı ölkənin müvəqqəti prezidenti Əbdülqadir Binsahel imzalayıb.
Beləliklə, seçkilər konstitusiyası çərçivəsində Ə.Binsalehə dövlət başçısının səlahiyyətlərinin icrası üçün ayrılmış 90 günlük müddət çərçivəsində keçiriləcək.
Qeyd edək ki, aprelin 9-u Əlcəzair parlatmentinin hər iki palatası Ə.Binsalehi dövlət başçısı kimi təsdqiləyiblər.