Bakı. Trend:
Nigeriyada neft daşıyan avtomobil partlayıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 15 nəfər yaralanıb. Qəza ölkənin şimal-şərqində, Qombe ştatında baş verib.
Partlayış avtomobilin Bomala körpüsündə yük maşını ilə toqquşması nəticəsində baş verib.