...

Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 25 Aprel 2019 00:13 (UTC +04:00)
Suriyanın Daraa əyalətində terrorçular tərəfindən qoyulmuş mina partlayıb
Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var

Bakı. Trend:

Suriyanın Daraa əyalətində terrorçular tərəfindən qoyulmuş mina partlayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 uşaq həlak olub, 2 nəfər isə yaralanıb.

Bildirilir ki, insident nəticəsində həlak olanlar və yaralananlar bir ailənin üzvləri olub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Suriyada belə insidentlər tez-tez baş verir: yaşayış məntəqələrini tərk edən terrorçular yaşayış binalarına və digər yerlərə partlayıcı qurğular yerləşdirirlər.

Xəbər lenti

Xəbər lenti