...

Hindistanda niqabı qadağan etmək təklif olunur

Dünya xəbərləri Materials 1 May 2019 14:39 (UTC +04:00)
Hindistanın millətçi “Şiv Sena” partiyası ölkə ərazisində niqab və burkaların qadağan olunmasını təklif edib.
Hindistanda niqabı qadağan etmək təklif olunur

Bakı. Trend:

Hindistanın millətçi “Şiv Sena” partiyası ölkə ərazisində niqab və burkaların qadağan olunmasını təklif edib.

Trend-in məlumatına görə, partiya nümayəndələri bu təkliflə baş nazir Narendra Modiyə müraciət ediblər.

Qeyd olunur ki, partiya Şri Lankanın nümunəsindən istifadə etməyə çağırıb. Belə ki, Şri Lanka hökuməti bir neçə gün əvvəl ölkə ərazisində üzü örtən geyimləri qadağan edib.

Xatrıladaq ki, aprelin 21-də Şri Lankada silsilə partlaylşlar törədilib, hadisələr nəticəsində 300-dən çox şəxs həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti