...

Efiopiyada icmalararası dava - Qan su yerinə axır...

Dünya xəbərləri Materials 3 May 2019 21:46 (UTC +04:00)
Efiopiyanın şimal-qərbində artıq bir neçə gündür davam edən icmalararası toqquşmalar nəticəsində onlarla insan həyatını itirib.
Efiopiyada icmalararası dava - Qan su yerinə axır...

Bakı. Trend:

Efiopiyanın şimal-qərbində artıq bir neçə gündür davam edən icmalararası toqquşmalar nəticəsində onlarla insan həyatını itirib.

Trend-in məlumtına görə, insident Cavi yaşayş məntəqəsində baş verib. İcma üzvləri naməlum silahlı şəxslərin hücumlarına məruz qalıblar. Daha 80-dən çox nəfərin yaralandığı bildirilir.

Hüquq-mühafizə orqanları insidentin səbəbinin icmalar arasında torpaq mübahisəsi olduğunu bildirib.

Hazırda Efiopiya təhlükəsizlik qüvvələri hadisə yerinə nəzarət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti