...

Burkina-Fasoda silahlılar kilsəyə hücum edib, ölənlər var

Dünya xəbərləri Materials 13 May 2019 02:28 (UTC +04:00)
Burkina-Fasonun Dablo yaşayış məntəqəsində silahlılar kilsəyə hücum edib
Burkina-Fasoda silahlılar kilsəyə hücum edib, ölənlər var

Bakı. Trend:

Burkina-Fasonun Dablo yaşayış məntəqəsində silahlılar kilsəyə hücum edib.

Trend-in "RFI" radiostansiyasına istinadən verdiyi məlumata görə, silahlılar kilsəyə daxil olaraq insanlara atəş açıblar.

Hadisə nəticəsində azı 6 nəfər həlak olub.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti