...

Ermənistanda Rusiya bayrağını tapdalayan şəxs qubernator təyin olundu

Dünya xəbərləri Materials 13 May 2019 13:24 (UTC +04:00)
Ermənistanda ötən il Araqatsotn vilayətinin qubernatoru təyin olunmuş David Gevorqyanın bir neçə il əvvəl etiraz aksiyası zamanı Rusiya bayrağımı tapdaladığı məlum olub
Ermənistanda Rusiya bayrağını tapdalayan şəxs qubernator təyin olundu

Bakı. Trend:

Ermənistanda ötən il Araqatsotn vilayətinin qubernatoru təyin olunmuş David Gevorqyanın bir neçə il əvvəl etiraz aksiyası zamanı Rusiya bayrağımı tapdaladığı məlum olub.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, dörd il əvvəl D.Gevorqyan Rusiya səfirliyi qarşısında etiraz aksiyasında iştirak edib.

Etirazçılar Rusiya bayrağını yandırmaq istəsələr də, polis bu addıma imkan verməyib və bu zaman indiki qubernator bayrağı tapdalayıb.

Ermənistan parlamentində müxalif “İşıqlı Ermənistan” partiyasının deputatı Edmon Marukyan hökumətdən bu şəxsin qubernator təyin olunması ilə bağlı izahat tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti