...

Hondurasda təyyarə dənizə düşüb, ölənlər var

Dünya xəbərləri Materials 19 May 2019 08:54 (UTC +04:00)

Bakı. Trend:

Hondurasın Roatan adası sahillərində özəl təyyarə qəzaya uğrayıb.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, təyyarə hava qalxdıqdan bir qədər sonra dənizə düşüb.

Bildirilir ki, qəza nəticəsində 5 xarici ölkələrdən olan turist həlak olub.

Ölkənin Silahlıq Qüvvələrinin nümayəndəsi bildirib ki, qəzada həlak olanlardan 4-ü ABŞ vətəndaşıdır, lakin yerli hakimiyyət orqanlarından qəza nəticəsində 4 Kanada vətəndaşının öldüyünü bildirirlər.

Qəzada həlak olan 5-ci turistin vətəndaşlığı barədə məlumat yoxdur.

Qəzanın səbəbi məlum deyil.

Xəbər lenti

Xəbər lenti