Bakı. Trend:
İran bombardmana məruz qalsa belə təslim olmayacaq.
Trend-in məlumatına görə, bunu ölkənin prezidenti Həsən Ruhani ABŞ-la yaranan hərbi gərginlik fonunda deyib.
Prezident bildirib ki, bu gün İran üçün sarsılmazlıq vacibdir: "Düşmən anlamalıdır ki, qəlbimizdə ümidsizlik və çarəsizliyə yer yoxdur".
Ruhani əlavə edib ki, ölkəsi iqtisadi müharibəni yaşayır və burada ictimai rifah hücuma məruz qalır.