Bakı. Trend:
Rusiyanın Plesetsk kosmodromunda fəzaya buraxılan “Soyuz-2.1b” raketini ildırım vurub.
Trend-in məlumatına görə, hadisə raket havaya qalxandan 10 saniyə sonra baş verib.
Qeyd olunur ki, ildırım vurması raketin uçuşuna təsir etməyib. Raket-daşıyıcı “Qlonass-M” naviqasiya peykini orbitə çıxarıb.