...

SON DƏQİQƏ! Türkiyə-İran sərhədində atışma - Hərbçilər həlak oldu

Dünya xəbərləri Materials 1 İyun 2019 13:09 (UTC +04:00)
Türkiyə-İran sərhədində türk hərbçilərlə PKK terrorçuları arasında atışma baş verib
SON DƏQİQƏ! Türkiyə-İran sərhədində atışma - Hərbçilər həlak oldu

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə-İran sərhədində türk hərbçilərlə PKK terrorçuları arasında atışma baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 2 hərbçi həlak olub, daha beş nəfər isə yaralanıb.

Qeyd olunur ki, insident İğdır vilayətində baş verib. Atışmadan sonra Türkiyə ordusu bölgədə PKK-ya qarşı genişmiqyaslı əməliyyata başlayıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti