...

Hindistan Aya stansiya göndərir - "Çandrayan-2"

Dünya xəbərləri Materials 10 İyun 2019 16:01 (UTC +04:00)
Hindistanın Kosmik Tədqiqatlar Təşkilatıa iyulda Aya "Çandrayan-2" stansiyasını göndərməyə hazırlaşır
Hindistan Aya stansiya göndərir - "Çandrayan-2"

Bakı. Trend:

Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı iyulda Aya "Çandrayan-2" stansiyasını göndərməyə hazırlaşır.

Trend-in məlumatına görə, stansiyanın iyul ayının 9-16 tarixlərində göndərilməsi planlaşdırılır.

Qeyd olunur ki, həmin stansiya Ayın səthinin mineraloji tərkibini tədqiq edəcək.

"Çandrayan-2" stansiyasının ötən ilin aprelində göndərilməsi nəzərdə tutulsa da, bir sıra səbəblərlə əlaqədar missiya bu ilə təxirə salınmışdı.

Bundan əvvəl, Hindistan 2008-ci ildə Aya "Çandrayan-1" missiyasını göndərmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti