...

G20 sammitində təhlükəsizliyi 25 mindən artıq polis təmin edəcək

Dünya xəbərləri Materials 15 İyun 2019 07:38 (UTC +04:00)
28-29 iyun tarixlərinə Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 sammiti zamanı 25 mindən artıq polis əməkdaşı təhlükəsizliyi təmin edəcək
G20 sammitində təhlükəsizliyi 25 mindən artıq polis təmin edəcək

Bakı. Trend:

28-29 iyun tarixlərinə Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 sammiti zamanı 25 mindən artıq polis əməkdaşı təhlükəsizliyi təmin edəcək.

Trend-in "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə, Osakaya artıq antiterror əməliyyatlarının keçirilməsi üzrə hazırlanmış xüsusi təyinatlı döyüşçülər də daxil olmaqla Yaponiyanın bütün şəhərlərindən polis əməkdaşları cəlb edilib.

Bildirilir ki, polis əməkdaşları sammitinin obyektlərinin və liderlərin iqamətgahlarının təhlükəsizliyini qorumaqdan əlavə, həmçinin bağlı zonalara nəzarət edəcəklər və hərəkəti tənzimləyəcəklər.

Təşkilatçıların hesablamalarına görə, G20 sammiti zamanı nümayəndə heyətlərinin üzvləri və jurnalistlər də daxil olmaqla şəhərə təxminən 30 min insan gələcək.

Xəbər lenti

Xəbər lenti