...

Berlində İkinci dünya müharibəsinə aid bombaya görə 3 min insan təxliyə edilib

Dünya xəbərləri Materials 15 İyun 2019 08:17 (UTC +04:00)
Almaniyanın paytaxtı Berlinin mərkəzində aşkar edilən İkinci dünya müharibəsinə aid bombaya görə 3 min insan təxliyə edilib
Berlində İkinci dünya müharibəsinə aid bombaya görə 3 min insan təxliyə edilib

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlinin mərkəzində aşkar edilən İkinci dünya müharibəsinə aid bombaya görə 3 min insan təxliyə edilib.

Trend-in "RBB" teleradio şirkətinə istinadən verdiyi məlumata görə, bombanın aşkarlandığı yerin yaxınlığında nəqliyyat hərəkəti də məhdudlaşdırılıb.

Ərazinin təxliyəsi bitdikdən sonra bombanın zərəsizləşdirilməsi prosesi başlayıb.

Məlumata əsasən, proses yerli vaxtla təxminən saat 01:45-də başa çatıb.

Qeyd edək ki, ötən gün Berlinin mərkəzində İkinci dünya müharibəsinə aid 100 kiloqramlıq bomba aşkar edilib.

Xəbər lenti

Xəbər lenti