...

Hindistanda təyyarə uçarkən yanacaq çəni düşdü

Dünya xəbərləri Materials 2 İyul 2019 11:33 (UTC +04:00)
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcının uçuş zamanı yanacaq çəni yerə düşüb
Hindistanda təyyarə uçarkən yanacaq çəni düşdü

Bakı. Trend:

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcının uçuş zamanı yanacaq çəni yerə düşüb.

Trend-in məlumatına görə, hadisə ölkənin cənubunda, Tamilnad ştatında baş verib.

Yanacaq çəni kənd ərazisində fermaların birinə düşüb. Çənin düşdüyü yerdə yanğın başlayıb.

Yanğının qarşısı qısa müddət ərzində alınıb, hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti