...

Sel-yağış Yaponiyanı yudu - 1 milyon sakin təxliyə olunur

Dünya xəbərləri Materials 3 İyul 2019 16:51 (UTC +04:00)
Yaponiyanın Küsü adasının cənub rayonlarında aramsız yağışların səbəb olduğu daşqın və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar 1 milyondan çox sakin təxliyə olunur
Sel-yağış Yaponiyanı yudu - 1 milyon sakin təxliyə olunur

Bakı. Trend:

Yaponiyanın Küsü adasının cənub rayonlarında aramsız yağışların səbəb olduğu daşqın və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar 1 milyondan çox sakin təxliyə olunur.

Trend-in məlumatına görə, təxliyə iki prefekturada 517 mindən çox yaşayış evinə şamil olunub.

Meteoroloqlar iyulun 4-də güclü yağıntıların davam edəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, ötən ilin iyul ayında daşqın və sürüşmələr Yaponiyada 200 nəfərin ölümünə səbəb olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti