Bakı. Trend:
Almaniyanın Lihtenau şəhəri yaxınlığında reys avtobusu aşıb.
Trend-in məlumatına görə, bu barədə "Welt" nəşriyyatı bildirib.
Məlumata əsasən, hadisə iyunun 6-dan 7-nə keçən gecə A44 şossesində baş verib. Hadisə nəticəsində 40 nəfər xəsarət alıb.
Avtobus sürücüsü daxil olmaqla 10 nəfər ağır yaralanıb. Yolda hərəkət 4 saat ərzində bağlı olub.