...

Türkiyədə daha 176 hərbçi eyni səbəbdən saxlanıldı

Dünya xəbərləri Materials 9 İyul 2019 10:48 (UTC +04:00)
Türkiyədə FETÖ (Fəthulllah Gülən hərəkatı) terror təşkilatı ilə mübarizə çərçivəsində daha 176 hərbçi saxlanılıb.
Türkiyədə daha 176 hərbçi eyni səbəbdən saxlanıldı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə FETÖ (Fəthulllah Gülən hərəkatı) terror təşkilatı ilə mübarizə çərçivəsində daha 176 hərbçi saxlanılıb.

Trend-in məlumatına görə, saxlanılanların ayrı-ayrı hərbi strukturların əməkdaşları olduğu bildirilir.

Məlumata görə, əməliyyat Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizə Xidmətində keçirilib. Daha öncə aparılan araşdırma nəticəsində saxlanılanların hamısının FETÖ ilə sıx əlaqədə olduğu məlum olub.

Ümumiyyətlə, son aylar ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1000-dən çox hərbi qulluqçu xaric edilib.

Qeyd edək ki, Fətullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti