...

ABŞ-da neft ehtiyatları həftə ərzində 9,5 milyon barrel azalıb

Dünya xəbərləri Materials 11 İyul 2019 00:20 (UTC +04:00)
ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 9,5 milyon barrel azalaraq 5 iyul tarixinə 458,99 milyon barrelə çatıb
ABŞ-da neft ehtiyatları həftə ərzində 9,5 milyon barrel azalıb

Bakı. Trend:

ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 9,5 milyon barrel azalaraq 5 iyul tarixinə 458,99 milyon barrelə çatıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi bildirib.

Bildirilir ki, analitiklər ehtiyatların 2,9 milyon barrel azalmasını gözləyirdi.

Londondakı ICE birjasında 2019-cu ilin sentyabr ayında Brent markalı neftin tədarükünə dair fyuçerslərinin kotirovkaları 66,06 dollara qədər yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti