...

Əfqanıstanda otelə hücum zamanı ən azı 8 nəfər həlak olub

Dünya xəbərləri Materials 14 İyul 2019 04:33 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstanın şərqindəki Badqiz vilayətində yerləşən otelə hücum zamanı ən azı səkkiz nəfər həlak olub və ondan artıq insan yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Press TV" telekanalı xəbər verib.

Öncə terakta dörd nəfərin həlak olması barədə bildirilmişdi.

Qeyd edək ki, yerli vaxtla saat 12:40-da bir qrup silahlanmış şəxs otelə daxil olaraq atəşə açıb. Bildirilir ki, otelə bir qrup silahlı şəxslər hücum ediblər. Onlardan üçü ölkənin təhlükəsiz qüvvələri tərəfindən öldürülüb, iki nəfəri isə həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti