...

Türkiyədə saxta spirtli içkidən daha bir nəfər zəhərlənib

Dünya xəbərləri Materials 14 İyul 2019 09:35 (UTC +04:00)
Türkiyənin Adana vilayətində saxta spirtli içkidən daha bir nəfər zəhərlənib
Türkiyədə saxta spirtli içkidən daha bir nəfər zəhərlənib

Bakı. Trend:

Türkiyənin Adana vilayətində saxta spirtli içkidən daha bir nəfər zəhərlənib.

Trend-in məlumatına görə, hadisə Ceyhan rayonunda baş verib.

Rayon polis bölməsinin əməkdaşları tərəfindən saxta spirtli içki satmaqda şübhəli bilinən dörd nəfər saxlanılıb.

Saxta spirtli içkidən zəhərlənmiş üç nəfər müalicə almağa davam edir.

Qeyd edək ki, ötən həftə Mersin vilayətində saxta spirtli içkidən 16 nəfər zəhərlənmişdi, onlardan 10-nu dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti