...

Ukraynada növbədənkənar parlament seçkiləri başa çatıb

Dünya xəbərləri Materials 22 İyul 2019 03:44 (UTC +04:00)
Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı keçirilən səsvermə başa çatıb
Ukraynada növbədənkənar parlament seçkiləri başa çatıb

Bakı. Trend:

Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı keçirilən səsvermə başa çatıb.

Trend-in məlumatına görə, artıq seçkilərin yekunlarına dair milli “exit-poll”un nəticələri də açıqlanıb.

İlkin məlumatlara görə, ölkə Prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası - 43,9% səslə birinci yer tutub. İkinci yerdə “Həyat uğrunda - müxalifət platforması” gedir 11,5% səslə.

Qeyd edək ki, Ukraynada səsvermə yerli vaxtla səhər saat 08:00-da başlayıb.

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti