...

Hindistanda ildırım 32 nəfəri öldürdü

Dünya xəbərləri Materials 24 İyul 2019 12:44 (UTC +04:00)
Hindistanın şimal-şərqində Biha ştatında aramsız yağışlar zamanı güclü ildırım 32 nəfərin həyatına son qoyub.
Hindistanda ildırım 32 nəfəri öldürdü

Bakı. Trend:

Hindistanın şimal-şərqində Biha ştatında aramsız yağışlar zamanı güclü ildırım 32 nəfərin həyatına son qoyub.

Trend-in məlumatına görə, ölənlər arasında qadın və uşaqların da olduğu deyilir.

Qeyd edək ki, artıq neçə gündür Hindistanın bu ərazilərinə yağan aramsız yağışlar daşqınlara səbəb olub. Daha öncə daşqınlar nəticəsində 102 nəfərin həyatını itirməsi barədə məlumat verilmişdi.

Aramsız yağışlar və daşqınlar nəqliyyatın da işini iflic edib, bəzi evlər dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti